A downloadable game for Windows

Note: The game demo does not support English. (in Azerbaijani)

Bu oyun prototipdir. 

Rəmzlərin izi ilə bilim video oyunun birinci hissəsi “Həyat ağacı” təsvir motivinin öyrənilməsinə həsr olunub. Həyat ağacı təsvir motivi bütün dünya mədəniyyətində (Şumer-Akkad, Misir, Qədim İran, Çin, Türk, Azərbaycan, Slavyan və s) rast gəlinən mifoloji bir obrazdır.

Həyat ağacı təsvir motivinə Azərbaycanda da çox sıx rast gəlinir. Daha çox dekorativ tətbiqi sənət nümunələrində həm bəzək, həm də simvolik bir təsvir kimi qarşımıza çıxan Həyat ağacı motivi qəbirüstü abidələrdə, xalçalarda, tikmələrdə öz əksini tapmaqla yanaşı bəzi memarlıq abidələrinin interyerlərində divar rəsmlərini də bəzəyir.

Bu bilim video oyununun materialını hazırlamaq üçün Azərbaycanın Qobustan rayonun Sündü və Nabur kəndlərinə gedilmiş və orada yerdəşən qəbirüstü abidələrin nümunələri əsasında lazımlı məlumatlar toplanılmışdır.

www.aghababa.art


StatusPrototype
PlatformsWindows
Rating
Rated 5.0 out of 5 stars
(1 total ratings)
Authoraghababart
GenrePuzzle, Educational
Tags3D, First-Person, Historical, Narrative, Unity
Average sessionA few seconds
LanguagesAzerbaijani

Download

Download
RemzlerinIziIle_1.1.zip 641 MB

Install instructions

Oyunu necə başladım?

  1. Faylı ZİP qovluğundan çıxardın.
  2. "Remzlerin izi ile" .exe faylına daxil olaraq oyunu başladın

Oyunu yükləyib oynadığınız üçün təşəkkürlər! Fikirlərinizi qeyd etməyi unutmayın :) 

Comments

Log in with itch.io to leave a comment.

Oyunda bir bug tapdım. Yuxu hissəsində save edib çıxanda yığılan bütün Həyat Ağacının hissələri itir və yerdən də tapmaq olmur. Oyunu tam başdan oynamaq lazım olur.

Bildirdiyiniz üçün təşəkkür edirəm

Əhsən, əla oyun idi. Həm öyrədici, həm də sirli. Bircə mücrü ilə interaction eləmək olduğunu gec anladım. 10 dəqiqəyə yaxın bütün evi gəzmişəm :) Qısa müddət üçün möhtəşəm nəticədir.

Təşəkkürlər

Sonadək oynadım, bir prototipə görə ÇOX maraqlı alınıb. Kvestləri keçdikcə maraq daha da artır, oynadıqca yeni məlumatlar əldə edirsən. Ən Çox bəyəndiyim hissə seyfin şifrəsinin kağız üzərində qeyd edilməsi oldu,  Müxtəlif kombinasiyaları yoxlamağa çalışmışdım)) . Davamı gəlsin. Əməyi keçən hər kəsə təşəkkürlər.

Fikirləriniz üçün təşəkkürlər! Daha yaxşısını etməyə çalışacağıq. 

Oyun gözlədiyimdən daha maraqlı çıxdı. İlk prototip olduğu üçün bəzi texniki və qrammatik səhvlər var. Hələ tam oynaya bilməmişəm, alternativ dünyada nə edəcəyimi bilmədim. Amma oyun çox gözəl alınıb. Bütün komandaya təşəkkürümü bildirirəm.

Oyunu oynadığınız və fikirlərinizi bildirdiyiniz üçün təşəkkkür edirəm! 

в игре много багов могу заходить в текстуры телевизора и тд  на фото я упал под текстуру я даже сохранил игру и перезашел но ничего не изменилось изза этого я начинаю новыю игру. Игра еще в бета тесте я так думаю 

Спасибо за ваш отзыв. Я постараюсь исправить их.